09.07.2025 14:44
187


"Cempion.az" "AS"-a istinadən xəbər verir ki, 2025/2026 mövsümü UEFA-nın klub yarışlarının reqlamentinə əhəmiyyətli dəyişikliklər gətirəcək. Əsas yenilik Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinə aiddir: bundan sonra ev və səfər oyunlarının sırası püşkatma ilə deyil, komandaların ümumi qrup mərhələsinin cədvəlindəki mövqeləri ilə müəyyənləşəcək. Daha yüksək yer tutan komanda cavab matçını öz meydanında keçirmək hüququ qazanacaq.
Bu dəyişikliklər ötənilki Çempionlar Liqasına ciddi təsir göstərə bilərdi. Məsələn, 1/4 finalda "Real Madrid" (ümumi cədvəldə 11-ci yer) cavab oyununda "Santyaqo Bernabeu"da "Arsenal"ı (3-cü yer) qəbul edib. Yeni qaydalara görə, ikinci görüşdə ev üstünlüyü londonluların payına düşəcəkdi.