11.07.2025 14:54
161


"Barselona"nın qapıçısı Voysex Şensni bildirib ki, onun qərar vermək səlahiyyəti olsaydı, kataloniyalı yarımmüdafiəçi Pedrini "Qızıl top"un qalibi adlandırardı. Polşalı futbolçu etiraf edib ki, ispan yarımmüdafiəçi onu digər futbolçulardan daha çox heyran edir.
"Bu mükafatı kimin daha çox layiq olduğunu məndən soruşsaydılar, Pedrini ön sıraya qoyardım. Söhbət Avropanın və ya dünyanın ən yaxşı oyunçusundan gedirsə, onun adını çəkərdim. Futbolun möhtəşəmliyindən və uşaqlar üçün motivasiyadan danışsaq, o zaman bəlkə başqa layiqli namizədlər də var, amma mən Pedrini seçərdim", - Şensni "Foot Truck" yutub kanaıəna müsahibəsində deyib.