cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Sergey Karasev: " Ukrayna müharibəsi olmasaydı, avrokubokların finalında hakimlik etmək şansım olardı"

11.07.2025 15:19 Oxundu 160

Məşhur rusiyalı referi Sergey Karasev karyerasının sonuna qədər olan arzularını dilə gətirib. Məlumdur ki, UEFA və FİFA Ukraynadakı müharibəyə görə 2022-ci ilin mart ayından rusiyalı hakimləri beynəlxalq turnirlərə dəvət etmir.
- Mənim heç bir finalım yoxdur. Yalnız UEFA Super Kubokunda "Çelsi" - "Villarreal" oyunum var. Amma çox arzuladığım avrokubok finalı və ya Çempionlar Liqasının yüksək mərhələ oyunlarına təyinatım olmayıb. Bu, xüsusi bir şeydir: himn, komandaların səviyyəsi və turnirin özü. Arzum var ki, hər şey tez bir zamanda bitsin, biz beynəlxalq arenaya qayıdaq, orada iştirak etmək şansı qazanaq. Mənimlə eyni vaxtda hakimliyə başlayan UEFA kolleqalarımın hamısının finalı var. İndi əsas matçlar hətta daha gənc hakimlərə etibar edilir. Ona görə də düşünürəm ki, Ukrayna müharibəsi olmasaydı, finalda hakimlik etmək şansım olardı. Hər şey bitsə, hər şey mümkündür, - "Sport24" Karasevdən sitat gətirir.