14.07.2025 14:53
188


Yeni formatda keçirilən klublararası dünya çempionatı sensasiya ilə başa çatıb. Parislilər həlledici görüşün favorite sayılırdı. Əlbəttə ki, “Çelsi”nin də uğurunu proqnozlaşdırmaq olardı, amma heç kim onun bu qədər qulaqbatırıcı və qeyd-şərtsiz olacağına inanmazdı. Sanki PSJ meydançaya futbol oynamağa çıxdığını unutmuşdu. Əvəzində “mavilər” hər şeyi dəqiq hesablamışdılar. Palmerin ilk zərbəsi boşa getsə də, hissənin ortasında istədiyinə nail oldu. Su fasiləsindən sonra başqa bir müdafiəçi - Koluill assist etdi və Palmer də əvvəlkinə oxşar zərbə ilə Donnarummanı çarəsiz buraxdı. Yəqin ki, parislilər ikinci hissə üçün bəzi variantlar düşünə bilərdilər. Lakin Joao Pedro Palmerin gözəl ötürməsini məntiqi sonluğa çatdırmaqla rəqiblərin bütün planlarını alt-üst etdi. Fasilədən sonra parislilər təbii ki, matçın gedişatını dəyişməyə çalışdılar. Onlar inadla hücuma keçdilər, Luis Enrike bir-birinin ardıca əvəzləmələr etdi. Amma Sançes qapı xəttində divar kimi dayanaraq parislilərin imidlənməsinə imkan vermədi - 3:0. “Çelsi” inamlı qələbə qazanaraq çempion oldu.
13 iyul. İst-Raterford. "Metlayf" stadionu. 81118 tamaşaçı |
|
"Çelsi" - PSJ - 3:0 (3:0) | |
Qollar: Koul Palmer, 22 (1:0). Koul Palmer, 30 (2:0). Joao Pedro, 43 (3:0). | |
"Çelsi" | PSJ |
Robert Sançes | Canluici Donnarumma |
Malo Qüsto | Əşrəf Hakimi, 73 |
Trevo Çaloba | Markinyus |
Levi Koluill | Lukas Beraldo |
Mark Kukureliya | Nunu Mendeş |
Ris Ceyms, 77 | Vitiniya |
Moyses Keysado | Joau Neveş |
Koul Palmer | Fabian Ruis, 73 |
Entso Fernandes, 61 | Dezere Due, 73 |
Pedru Netu, 77 | Usman Dembele |
Joao Pedro, 67 | Xviça Kvaratsxeliya, 58 |
Əvəzləmələr: | |
Andrey Santos, 61 | Bredli Barkolya, 58 |
Liam Delap, 67 | Qonsalu Ramuş, 73 |
Kirnan Dyusberi-Holl, 77 | Uorren Zair-Emeri, 73 |
Kristofer Nkunku, 77 | Senni Mayulu, 73 |
Cəzalananlar: |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
Baş məşqçilər: |
|
Entso Mareska | Luis Enrike |