çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Vitali Mutko: "Rusiya yığması ilin sonuna kimi 6 yoldaşlıq oyunu keçirəcək"

15.08.2016 14:11 Oxundu 1420

Avropa çempionatında uğursuzluğa məruz qalaraq baş məşqçi dəyişikliyinə əl atmağa məcbur olan futbol üzrə Rusiya yığma komandası 2018-ci ildə keçiriləcək dünya çempionatına indidən hazırlaşmağa başlayıb. Bu müstəvidə də Rusiya yığması yeni baş məşqçi Stanislav Çərkəsovun rəhbərliyi altında ilin sonuna kimi 6 yoldaşlıq görüşü keçirməyi planlaşdırıb. Bu barədə məlumat verən Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko əsas məqsədlərinin qarşıdan gələn dünya çempionatına daha yaxşı hazırlaşmaq olduğunu vurğulayıb. Vitali Mutko: "Rusiya yığması ilin sonuna kimi 6 yoldaşlıq oyunu keçirəcək. Bununla bağlı məsələni gələn həftə baş məşqçi ilə müzakirə edəcəyik. Əgər baş məşqçi nə isə arzulasa və yeni təkiflə çıxış etsə, onda bunu nəzərə alacağıq",-deyib.

Qeyd edək ki, Rusiya yığması bu ayın 31-də Antalyada Türkiyə, sentyabrın 6-da isə Qana yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Əziz Mustafa