31.07.2026 15:10
195
195

Bakıda keçirilən "Baku Judo Hopes Tournament 2026" beynəlxalq turnirində Azərbaycan cüdosu növbəti uğura imza atıb.
U-14 yaş kateqoriyasında mübarizə aparan, ikiqat Avropa Kuboku qalibi və Günəşli İdman Klubunun təmsilçisi Həsrətzadə Mehparə Orxan qızı turniri parlaq çıxışla başa vuraraq bütün rəqiblərinə qalib gəlib.
Final görüşündə də üstün performans nümayiş etdirən gənc cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medalın sahibi olub.
Bu uğur Mehparə Həsrətzadənin beynəlxalq arenadakı növbəti əhəmiyyətli nailiyyətlərinin davamıdır.



