bazar ertəsi, 17 avqust 2026

SABAHIN ULDUZLARI

Qapıçı son dəqiqə qolu ilə komandasını məğlubiyyətdən xilas etdi

17.08.2026 14:06 Oxundu 159
 
“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tura yekun vurulub. “Qəbələ”nin qapışısı Amal Abbas oyunun son saniyələrində mövqeyini tərk edərək rəqibin cərimə meydançasına daxil olub, künc zərbəsindən gələn topu başı ilə qapıdan keçirib və komandasını məğlubiyyətdən xilas edib.
 
 
16 avqust
 
EFA - “Vətən”   5:3
 
Baş hakim: Fuad Mirzəyev
Köməkçi hakimlər:   Orxan İbişov, Mirnihat Seyidov
Dördüncü hakim:  Cəsarət Zeynallı
Hakim inspektor: Zöhrab Qədiyev
Oyun meneceri: Fərid Nağdaliyev
 
Qollar: № 99 Bəybala Məmmədov (21, pen., 30, 62), № 10 Saleh Tahmazov, № 6 Murad Hüseynzadə (66) // № 14 Əli Hüseynov (13), № 55 Kənan Əlizadə (46), № 11 Umut Şirvanlı (80+2)
 
“Qəbələ” – “Sumqayıt”   1:1
 
Baş hakim: Rauf Salmanov
Köməkçi hakimlər: Brilyant Əhmədzadə, İlkin Süleymanov
Dördüncü hakim:  Samir Babayev
Hakim inspektor: Əmrah İbrahimov
Oyun meneceri: Fərid Nağdaliyev
 
Qollar: № 1 Amal Abbas (80+2) // № 11 Əli Əliyev (21)
 
“Ulduz” -  “Azərbaycan Qartalları”  1:1
 
Baş hakim: Emin Abdullayev
Köməkçi hakimlər: Anar Kərimli, Elvin Qədimov
Dördüncü hakim:  Samir Babayev
Hakim inspektor: Əmrah İbrahimov
Oyun meneceri: Fərid Nağdaliyev
 
Qollar:  № 16 Ənvər Ağayev (8) // № 11 Mühəmməd İsmayılzadə (36, pen.)
 
U-14 YAŞ QRUPU – 4 TURDAN SONRA YARIŞ CƏDVƏLİNDƏ YARANMIŞ VƏZİYYƏT
 
Komandalar O Q H M TF X
1  QARABAĞ 4 4 0 0 20-8 12
2  SABAH 4 4 0 0 12-1 12
3  XAN 4 3 0 1 9-6 9
4  ULDUZ 4 2 1 1 17-5 7
5  AZƏRBAYCAN QARTALLARI 4 2 1 1 7-7 7
6  NEFTÇİ 4 2 0 2 23-11 6
7  VƏTƏN 4 2 0 2 9-14 6
8  SUMQAYIT 4 1 1 2 12-11 4
9  ZİRƏ 4 1 0 3 4-12 3
10  EFA 4 1 0 3 11-20 3
11  QƏBƏLƏ 4 0 1 3 3-15 1
12  DOSTLUQ 4 0 0 4 3-20 0

Bombardirlər: Adil Şabanov (“Neftçi” PFK) – 10 qol; Ceyms Eziyaşi (“Qarabağ” FK) – 7 qol; Bəybala Məmmədov (“EFA”) – 7 qol; Yusif Niftəliyev (“Xan” FK) – 6 qol; Bəxtiyar Bayramlı (“Neftçi” PFK) – 5 qol; Mehrac Əhmədli (“Sumqayıt”  FK) – 5 qol.
 
Avqustun 17-də keçiriləcək oyunların təqvimi
 
U-15, V tur
 
“Sumqayıt” – EFA
“Qarabağ” – “Sabah”
“Zəngəzur” “Qəbələ”