01.10.2026 12:54
161
161

“SABAHIN ULDUZLARI” Bakı Kuboku uğrunda yaraşlar başa çatdı. U-14 yaş qrupunda kuboku “Qarabağ” komandası qazandı. U-15 yaş qrupunda isə fəxri mükafata “Ulduz” sahib oldu.
Final oyunları
30 sentyabr
U-14
“Qarabağ” – “Sabah” 2:0
Qollar: №7. İbrahim Müzəffərli (23, pen.), №14. Ceyms Eziyaşi (60)
Baş hakim: Gülnurə Əkbərzadə
Köməkçi hakimlər: Sadiq Əliyev, Toğrul İbadov
Dördüncü hakim: Ləman Əmirli
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
U-15
“Ulduz” – “Neftçi” 2:1
Qollar: №19. Onur Əmirzadə (66) // №14. Nihat Bəylərli (4, 37)
Baş hakim: İlqar Əhmədov
Köməkçi hakimlər: Zakir Şükürzadə, Təhmin Cəlilbəyli
Dördüncü hakim: Fuad Mirzəyev
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
Bununla da “Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışlar başa çatdı.
Qruplarda ilk dördlüklər açağıdakı kimi formalaşdı:
U-14
- “Qarabağ”
- “Sabah”
- “Ulduz”
- “Neftçi”
U-15
1. “Ulduz”
2. “Neftçi”
3. “Qarabağ”
4. EFA
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, “Sabahın ulduzları”nın baş sponsoru, Alpex şirkətinin prezidenti Sərdar Salmanzadə, BFF prezidenti Tahir Süleymanov, futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçular iştirak etmişlər.