15.08.2016 14:55
1598
1598
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qəbələ” – “Maribor” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb. Matçı Aleksey Kulbakovun başçılıq edəcəyi belaruslu hakimlər briqadası idarə edəcək.
Ona Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Denis Şerbakov olacaq.
Qeyd edək ki, avqustun 18-də “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.