çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Yusif Nurullayev beynəlxalq turnirə təyinat alıb

15.08.2016 15:00 Oxundu 1693

Futzal üzrə FIFA refersisi Yusif Nurullayev beynəlxalq turnirə təyinat alıb. Y.Nurullayev futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Almaniyanın “Hamburg Panthers”, Uelsin “Cardiff University”, Norveçin “Sandefjord Fotball” və Moldovanın “Classic Chisinau” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 18-dən 21-dək Moldovada təşkil olunacaq.