çərşənbə axşamı, 20 yanvar 2026

GÜLƏŞ

Rəsul Çunayev mötəbər turnirdə debüt edəcək

16.08.2016 11:29 Oxundu 3777

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edəcək.Avropa və dünya çempionatının qızıl medalçısı mübarizəyə 1/16 finaldan start verəcək.Onun ilk rəqibi kubalı Migel Palasio Martinez olacaq.Bu çəki üzrə görüşlərə saat 17:00-da start veriləcək. Qeyd edək ki, güləş yarışlarının ilk g Rünündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.