17.08.2016 15:59
1629
1629
Bakı Kristal Zalın texniki direktoru Elçin Məmmədov və R-Com şirkətinin direktoru Tural Məmmədov Rusiyanın, eləcə də Avropanın ən hündür zirvələrindən sayılan – 5642 metr hündürlüyü olan Elbrus dağının zirvəsini fəth ediblər.
Bu barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidməti məlumat verib.
Onlar dağın zirvəsində Azərbaycan bayrağını, Bakı Kristal Zalın və bu ilin sentyabr ayında bu arenada keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının bayrağını dalğalandırıblar.