17.08.2016 17:04
3942
3942
Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Bu gün mübarizəyə xanım güləşçilər də qoşulublar. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnikin (48 kq) ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalı üzərində asan qələbə qazanıb - 10:0.
O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşacaq.