17.08.2016 17:24
3907
3907
Yuliya Ratkeviç (48 kq) də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.
İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. Bu qarşılaşmaya da fəal başlayan təmsilçimiz hesabı 7:0-a çatıdırb. Sona yaxın rəqibin fəallaşması isə hesaba təsir etsə də, nəticəyə təsir etməyib - 7:3.
Ratkeviç yarımfinalda çıxış edəcək.