çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” – “Sumqayıt” matçı təxirə salınıb

17.08.2016 19:11 Oxundu 1442

Topaz Premyer Liqasının III turunun oyun cədvəli açıqlanıb. Tur çərçivəsində keçiriləcək 3 oyun iki gün ərzində baş tutacaq.

“Zirə” – AZAL və “İnter” – “Kəpəz” oyunları cümə, “Qarabağ” – “Neftçi” matçı isə bazar günü oynanılacaq.

Topaz Premyer Liqası

III tur
19 avqust (cümə)

“Zirə” – AZAL
Zirə İdman Kompleksinin stadionu, 19:00

“İnter” – “Kəpəz”
“İnter Arena”, 21:00

21 avqust (bazar)

“Qarabağ” – “Neftçi”
“Əlincə Arena”, 20:00

Qeyd edək ki, avqustun 21-i keçirilməsi nəzərdə tutulan “Qəbələ” – “Sumqayıt” matçı qeyri-müəyyən vaxta təxirə salınıb.