çərşənbə axşamı, 20 yanvar 2026

GÜLƏŞ

Stadnik finalda, Ratkeviç isə...

17.08.2016 19:34 Oxundu 4166

Finala gedən yolda təmsilçimiz Mariya Stadnik (48 kq) bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb. Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.

Bu idmançı güləşçimizə tanışdı. Belə ki, 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında təmsilçimiz məhz Tosakaya məğlub olaraq ikinci olmuşdu. Bu qarşılaşma saat 00:30-da başlayacaq.

Yuliya Ratkeviç (58 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirəcək.