çərşənbə, 21 yanvar 2026

SARI KART

Avrobayatılar

15.06.2016 14:30 Oxundu 2801

 

Fransanın baş məşqçisi

Didye Deşam:

Səsimi salıb zilə

Deyirəm gülə-gülə

Fransızlar kef etdi.

Payenin qolu ilə.

 

Rumıniyanın baş məşqçisi

Angel Yordanesku:

Yormadan əsla sizi

Qoy söyləyim bir sözü:

Paye vurduğu qolla.

Yandırıb yaxdı bizi.

 

Slovakiyanın baş məşqçisi

Yan Kozak:

Düşərək mən həvəsə

Deyirəm birnəfəsə

Mən çox ağır gəlir

Uduzmağım “Uels”ə.

 

Uelsin baş məşqçisi

Kris Kolman:

Deməzdim çox qal oldu,

Amma əla hal oldu.

İlk oyundan aldığım

Çox fantastik xal oldu.

 

İsveçrənin baş məşqçisi

Vladimir Petkoviç:

Məhv edərək tilsimi

Xoşlamadan him-cimi,

Albanlarla oynadı

Komandam saat kimi.

Albaniya millisinin baş məşqçisi

Canni De Byazi:

Könül aldatdı məni,

Gör hara atdı məni.

Real qol imkanları

Xeyli ağlatdı məni.

 

Rusiyanın baş məşqçisi Leonid Slutski:

Demirəm ki, yatdılar,

Xəyallara batdılar.

Uşaqlar lap son anda

Qola imza atdılar.

 

İngiltərənin baş məşqçisi

Roy Hocson:

Olmasam da özümdə

Yanlışlıq yox sözümdə.

Qoydu mənim arzumu

Berezutski gözümdə.

 

Türkiyənin baş məşqçisi

 Fateh Terim:

Elə bil düşdü dolu

Bağladı hər bir yolu

Məni məyus eylədi

Luka Mudriçin qolu.

 

 

Xorvatiyanın baş məşqçisi

 Ante Çaçiç:

Duyğularım incədir,

Lap tərdir, lap qönçədir.

Fatehdən 3 xal almaq

Çox gözəl nəticədir.

 Polşanın baş məşqçisi

Adam Navalka:

Reyhanı əkdim düzə,

Göyərib çıxdı üzə.

Allahım ilk oyunda

Sevinc bəxş etdi bizə.

 

Şimali İrlandiyanın baş məşqçisi

 Maykl O'Nil:

Bilirsinizmi niyə

Ahım yüksəlib göyə?

Polşayla bacarmadı

Şimali İrlandiyam.

 

Almaniyanın baş məşqçisi

 Yoahim Löv:

Vurub, yıxıb bəndini,

Büküb rəqib qəddini,

Biz iki qolla keçdik

Ukrayna səddini.

 

Ukraynanın baş məşqçisi

Mixayıl Fomenko:

Çəkdi illər bu dərdi

Çəkən bilər bu dərdi.

Qəlbimdən silsə ancaq

Zəfər silər bu dərdi.

 

İspaniyanın baş məşqçisi

Visente Del Boske:

Başında ağ şalı var

Yanağında xalı var.

İlk oyundan millimin

Tərtəmiz üç xalı var.

 

Çexiyanın baş məşqçisi

Pavel Vrba:

Bağımızda üzüm var,

Mənim sizə sözüm var.

Mənim ilk iki yerdə

Nə gizlədim gözüm var.

 

İrlandiyanin baş məşqçisi

Marten Oneill:

Mən ne deyim İsveçə

Oyun oldu heç-heçə.

Mənə görə inanın

Xoş deyil bu nəticə.

 

İsveçin baş məşqçisi

Erik Hamren:

Ürəkdə arzu dolu

Biz getdik “hamar” yolu,

Bizi xilas eylədi

Rəqibin avtoqolu.

 

Belçikanın baş məşqçisi

Mark Vilmots:

Fələyin öz əlindən,

Açmadım göz əlindən

Kimə edim şikayət

Bəxtimin əzəlindən.

 

İtaliyanın baş məşqçisi

Antonio Konte:

Fələyin öz əlindən,

Açmadım göz əlindən

Kimə edim şikayət

Bəxtimin əzəlindən.