çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Qöteborq"un pik nöqtəsidir

18.08.2016 05:45 Oxundu 1536

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk matçında sabah İsveç “Qöteburq”unun qonağı olacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunları oynayıb. "Qöteborq"un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusi ilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Qöteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".