çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

U-17 Tiflisdə hazırlıq keçəcək

18.08.2016 15:26 Oxundu 1380

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışının vaxtı və məkanı dəqiqləşib. Millimiz avqustun 19-dan 24-ə qədər Gürcüstanın paytaxtı Tiflisdə hazırlıq keçəcək.

Rafiq Mirzəyevin yetirmələrinin təlim-məşq toplanışında 18 futbolçu iştirak edəcək: Məhəmməd Can Tuncer (“Altınordu”, İzmir, Türkiyə), Xəzər Mahmudov (“Səbail”), Rəsul Məmmədov (“Zvezda”, Sankt-Peterburq, Rusiya), Nurlan Xəlilov (“Kolımyagi”, Sankt-Peterburg, Rusiya), Turan Vəlizadə (“Fənərbaxça”, İstanbul, Türkiyə), Zahid Mərdanov, Şakir Seyidov (hər ikisi “Vətən”), Xəqani Sadıqov (“Qarabağ”), Rəşid Əliyev, Nicat Mehbalıyev (hər ikisi “İnter”), Fərid Mahmudov, Elton Əlibəyli (hər ikisi “Neftçi”), Samir Qurbanov, İzzət Muştaqov, Məhəmməd Abbaslı, Məhəmməd Məhərrəmov, Vüsal Mustafayev, Kamran Quliyev (hamısı “Qəbələ”).