çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Bravo "Barselona"nı "Mançester Siti"yə dəyişir

18.08.2016 18:35 Oxundu 1578

Vaxtilə "Barselona", sonra "Bavariya" Münhen ilə böyük uğurlara imza atan, hazırda isə "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola yeni komandasını güclindərməkdə davam edir. Bu müstəvidə də ispaniyalı futbol mütəxəssisinin növbəti transfer hədəfi hazırda "Barselona"nın əsas heyətində qapını qoruyan Kladuio Bravo olub. Bununla əlaqədar İspaniyanın "Mundo Deportivo" nəşrinin yazdığına görə, transfer mövsümünün sonuna kımı Bravo komandasını tərk edərək "Mançester Siti"yə keçəcək. Öz növbəsində "Barselona" rəhbərliyi Bravonun komandanı tərk etmək istəyini sakit qarşılayıb. "Barselona"nın idman direktoru Roberto Fernandes isə Bravonun komandanı tərk edəcəyi təqdirdə yeni qapıçı transfer edəcəklərini bəyan edib. Bravonun yerini "Barselona" rəhbərliyi Dieqo Alves ( "Valensiya"), Xose Reyn ("Napoli") və ya Alfonso Areol (PSJ) ilə doldurmaq niyyətindədir. Qeyd edək ki, Bravonun transfer qiyməti 25 milyon avro hesab edilir. Ancaq "Mançester Siti" Bravonun transferi üçün 16 milyon avro təklif edib. Yeri gəlmişkən onu da deyək ki, 33 yaşlı çilili qapıçı 2006-20014-cü illərdə "Real" Sosyedadın şərəfini qoruyub. O, 2014-cü ildə 12 milyon avroya "Barselona"ya transfer edilib.

Hazırladı: Əziz Mustafa