1338
Bu gün Topaz Premyer Liqasında III tura start veriləcək. 3 matçdan ibarət olacaq turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. İlk oyun Zirədə olacaq. Yerli komanda AZAL-ı qəbul edəcək. İlk iki matçdan sonra qol və qələbə üzü görməyən “təyyarəçiər” tilsimi qırmağı arzulayır. Ötən mövsümdən bəri davam edən 6 oyunluq qalibiyyətsizlik seriyasını dayandırmaq üçün Tərlan Əhmədovun yetirmələri ikiqat əzmlə mübarizə aparacaqlar. Bu baş tutacağı halda isə onlar cədvəldə bir neçə pillə irəliləyə bilərlər.
“Zirə” isə qələbə sayəsində hətta lider də ola bilər. Ancaq bir neçə saatlıq. Bunun üçün Adil Şükürovun yetirmələrinə istənilən hesablı qələbə kifayət edəcək. Liderliyin daha uzunömürlü olması üçün isə günün digər oyununda “İnter” büdrəməlidir.
“Bankirlər” isə iddialı başladıqları və yaxşı start verdikləri mövsümdə hələ ki, büdrəmək niyyətində deyillər. Çempionluğun əsas namizədləri “Qarabağ”la oyunda qələbə və “Qəbələ” ilə matçda heç-heçə Zaur Svanadzeninin yetirmələri üçün uğurlu başlanğıc hesab oluna bilər. Bu uğurun davamını gətirmək üçün isə “Kəpəz”i də əliboş yola salmaq lazımdı. “İnter” 3 xalla turu vahid lider kimi tamamlayacaqsa, bərabərlik onlara ən azı 2 günlük zirvədə qərarlaşmaq imkanı verəcək.
Qərblilər isə sonuncu pilləyə şərik olmaqdan qurtulmaq üçün mübarizə aparmalıdırlar. Şahin Diniyevin yetirmələri səfərdə gözlənilməzi edib, 3 xal qazansa, turnir cədvəlindəki yerini yuxarıya doğru bir neçə pillə dəyişmək imkanı qazanacaq.
Topaz Premyer Liqası
III tur
19 avqust (cümə)
19:00. “Zirə” – AZAL
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
21:00. “İnter” – “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
Turnir cədvəli
|
1. |
Qəbələ |
2 |
1 |
1 |
0 |
2-0 |
4 |
|
2. |
İnter |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3. |
Qarabağ |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
|
4. |
Zirə |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
5. |
Sumqayıt |
2 |
1 |
0 |
1 |
1-2 |
3 |
|
6. |
Neftçi |
2 |
1 |
0 |
1 |
2-1 |
3 |
|
7. |
Kəpəz |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
|
8. |
AZAL |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |