1800
"Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo 105 milyon avroya transfer etdikləri Poqbaya təriflər yağdırıb. O deyib ki, Poqba əsl oyun qurucusudur və o həm qol vurmağı, həm də qolla nəticələnən ötürmələr verməyi sevir. Joze Mourinyo: "Poqba dünyanın ən yaxşı yarımmüdafiəçisidir və qoy buna heç kim şübhə etməsin. Əlbəttə, Poqba yarımmüdafiəçi olduğundan Ronaldo və Messi qədər qol vura bilməyəcək. Poqba mövsüm ərzindi 20 qol da vurmaqda çətinlik çəkəcək. Amma dünyanın ən yaxşı oyunçusu olmaq üçün çox qol vurmağa ehtiyac da yoxdur. Mən onun 4-5 oyunçunu aldadaraq qol vuracağını da gözləmirəm. Amma o, oyun qurucusu funksiyasını əla yerinə yetirə bilir. Onun qolla nəticələnən əla ötürmələr verəcəyinə şübhə etmirəm. O, oyun qurucusu kimi komandamıza böyük uğurlar gətirən qələbələrə öz töhfəsini verəcək. Bunun yaxın vaxtlarda hamı şahidi olacaq",- deyib.
Xatırladaq ki, Poqba 4 il "Yuventus"da top qovandan sonra yenidən 105 milyon avroya Mançester Yunayted"ə transfer edilib.
Hazırladı: Əziz Mustafa