çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ” “Neftçi”yə "3" verdi

21.08.2016 21:00 Oxundu 1720

Bu gün Topaz Premyer Liqasında III tura yekun vurulub. 3 oyunluq turun son matçında “Qarabağ” – “Neftçi” ilə qarşılaşıb.

Ölkə çempionatlarının daimi iştirakçılarının duelində nominal meydan sahibləri ağdamlılar olub. Hər iki komandanın ev oyunlarını keçirdiyi stadionun qazonunda problemlərin yaranması üzündən son illərin çempionlarının ikisi də “Əlincə Arena”ya sığınıb.

Görüş Qurban Qurbanovun komandasının rahat qələbəsi ilə başa çatıb - 3:0. İlk hissədə Jairo öz qapısına qol vurub. İkinci yarıda isə Mahir Mədətov və Əl Jadeui fərqi 3 topa çatdırıb.

Topaz Premyer Liqası

III tur

21 avqust (bazar)

“Qarabağ” – “Neftçi” - 3:0

Qollar: Jairo, 24 (öz qapısına), Mahir Mədətov, 47, Əl Jadeui, 80

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Əlincə Arena”

“Qarabağ”: 13. İbrahim Şehiç (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 71. Vüqar Nadirov, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 1.Krşevan Santini, 3.Jairo Rodriges, 6.Vançe Şıkov, 9.Katalin Tira, 11.Ruslan Qurbanov, 17.Rəhman Hacıyev (k), 19.Fəhmin Muradbəyli, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo, 95.Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 4.Rahil Məmmədov, 7.Araz Abdullayev, 10.Cavid İmamverdiyev, 20.Eltun Yaqublu, 26.Kamal Qurbanov, 99.Denilson Pereyra

Baş məşqçi: Vəli Qasımov

Turnir cədvəli

1.

Qarabağ

3

2

0

1

6-2

6

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

3

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

3

0

1

2

1-5

1