çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Bizimkilər Rioda

22.08.2016 10:41 Oxundu 1715

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına yekun vurulub. apasportun məlumatına görə, 17 gün davam edən 4 illiyin ən möhtəşəm yarışında 56 idmançı ilə təmsil olunan Azərbaycan 18 medal qazanıb.

Komandamızın heyətində yeganə qızəl medalı Radik İsayev qazanıb. Rüstəm Orucov, Elmar Qasımov, Mariya Stadnik, Valentin Demyanenko, Toğrul Əsgərov, Xetaq Qazyumov və Lorenso Sotomayor ikinci, Sabah Şəriəti, Rəsul Çunayev, İnna Osipenko-Radomskaya, Patimat Abakarov, Kamran Şahsuvarlı, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Milad Beiqi Harçeqani üçüncü yeri tutub.


Bununla, millimiz medal sayında yeni rekord müəyyənləşdirib.

Olimpiadada ən uğursuz təmsilçimiz isə Maksim Averin olub.

Qeyd edək ki, Olimpiya yığmamız Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdı.

Boks

Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub

Albert Səlimov (60 kq) – 1/4 finalda məğlub olub

Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb

Teymur Məmmədov (81 kq) – 1/4 finalda məğlub olub

Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda məğlub olub

Cavid Çələbiyev (56 kq) - ilk döyüşdə uduzub

Pərviz Bağırov (69 kq) - ilk döyüşdə uduzub

Lorenzo Sotomayor (64 kq) - gümüş medal qazanıb

Yana Alekseyevna (60 kq) - ilk görüşdə məğlub olub

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda məğlub olub

Taekvondo

Patimat Abakarova (49 kq) - bürünc medal qazanıb

Milad Beiqi Harçeqani (80 kq) - bürünc medal qazanıb

Fəridə Əzizova (67 kq) - 5-ci yeri tutub

Radik İsayev (+80 kq) – qızıl medal qazanıb

İdman gimnastikası

Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer

Petro Paxnyuk – 34-cü yer

Bədii gimnastika

Marina Durunda – final mərhələsində 9-cu olub

Cüdo

Orxan Səfərov (60 kq) – 5-ci yer

Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub

Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub

Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb

Uşanqi Kokauri (+100 kq) - 1/8 finalda məğlub olub

Güləş
Yunan-Roma

Rövşən Bayramov (59 kq) – 5-ci yer

Elvin Mürsəliyev (75 kq) – 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Sabah Şəriəti (130 kq) - bürünc medal qazanıb

Rəsul Çunayev (66 kq) - bürünc medal qazanıb

Sərbəst güləş

Qadınlar

Mariya Stadnik (48 kq) - gümüş medal qazanıb

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Nataliya Sinişin (53 kq) - bürünc medal qazanıb

Kişilər

Hacı Əliyev (57 kq) - bürünc medal qazanıb

Cəbrayıl Həsənov (74 kq) - bürünc medal qazanıb

Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb

Cəmaləddin Məhəmmədov (125 kq) – 12-ci olub

Toğrul Əsgərov (66 kq) - gümüş medal qazanıb

Xetaq Qazyumov (97 kq) - gümüş medal qazanıb

Kaneo və kayak

Yure Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer

İnna Osipenko-Radomskaya

Kayak (200 m) - bürünc medal qazanıb

Kayak (500 m) - finalda sonuncu - 8-ci olub

Valentin Demyanenko (kanoe, 200 m) - gümüş medal qazanıb

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 12-ci yeri tutub

Kamandan oxatma

Olqa Senyuk – 1/32 finalda uduzub

Güllə atıcılığı

Ruslan Lunyov

10 m – 15-ci yer

25 m - 15- ci yer

Triatlon

Rostislav Pevtsov - 39-cu yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) – ilk görüşdə (1/16 final) uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse) – 35-ci yer

Maksim Averin (şosse) – finişə çata bilməyib

Olqa İsmayılova

Keyrin - 21-24-cü yerləri bölüşüb

Sprinter - 13-cü yer

Atletika

Anna Skidan (çəkicatma) - 13-cü yer

Nazim Babayev (üçtəkanla tullanma) - 25-ci yer

Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - 19-cu yer

Evans Kiplakat (marafon) - 28-ci yer

Üzgüçülük

Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer