çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Onlar sabah Vətənə dönəcəklər

22.08.2016 11:51 Oxundu 1876

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-de-Janeyro – Bakı çarter reysi ilə Vətənə dönəcəklər. Bununla əlaqədar olaraq avqustun 23-də saat 18:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləçək.