çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Maribor" - "Qəbələ" Viktor Kassaiyə tapşırıldı

22.08.2016 14:59 Oxundu 1397

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" cavab görüşünə hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Viktor Kassainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim funksiyasını Tamas Boqnar yerinə yetirəcək.

Qeyd edək ki, "Maribor" - "Qəbələ" oyunu avqustun 25-i Bakı vaxtı ilə saat 21:00-daq başlayacaq.

Ağdamlıların İsveç “Höteborq”u ilə ev görüşü isə postsovet məkanında tanınan Vladislav Bezborodova həvalə olunub.

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)

Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)

Bakı. T. Bəhramov adına Respublika stadionu