çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Yevgeni Konoplyonka "Sevilya"nı tərk edə biliər

22.08.2016 15:05 Oxundu 1405

"Sevilya"nın ukraynalı yarımmüdafəçisi Yevgeni Konoplyonka əsas heyətdə meydana çıxmamasından narazı olduğunu açıq şəkildə bəyan edib. Bununla əlaqədar "Velikiy futbol" proqramına müsahibə verən Konoplyonka "Sevilya"da baş verən baş məşqçi dəyişikliyindən sonra əsas heyətdə meydana buraxılmamasının səbəbini anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Konoplyonka: "Hazırda "Sevilya"dakı vəziyyətim qeyri-müəyyən olaraq qalmaqda davam edir. Bunun səbəbini başa düşmürəm. Baş məşqçinin məni nə səbəbə meydana buraxmaması da aydın deyil. Ona görə də baş məşqçi ilə danışmaq, məsələyə aydınlıq gətirmək niyyətindəyəm. Çünki hələ bir müddət əvvəl mənə transfer təklifi gəlmişdi. Ancaq mən "Sevilya" ilə anlaşmamı nəzərə alaraq onların təklifini qəbul etmədim. Amma belə getsə yenidən transfer təklifini dəyərləndirməli olacağam",- deyib.

Xatırladaq ki, bu mövsümdə "Sevilya"nın keçirdiyi 4 oyundan yalnız ikisində Konoplyonka meydana çıxıb.

O "Barselona" ilə hər hansı bir əhəmiyyət daşımayan İspaniya superkuboku oyunununda meydana çıxıb. Avropa superkuboku uğrunda "Real" Madridlə oyunda isə Konoplyonka 67-ci dəqiqədə meydana çıxıb və 11 metrlik cərimə zərbəsindən qol vurub.

Hazırladı: Əziz Mustafa