22.08.2016 15:10
1461
1461
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernhard Lippertlə ilə görüşüb. Görüşdə əsasən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb, komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.
