1437
Londonun "Çelsi" komandasının baş məşqçisi Antonio Konte Dieqo Kostanın mütəmadi olaraq tənqid edilməsi ilə bağlı narahat olduğunu bildirib. Onun sözlərinə görə, əksər hallarda Kostanın əleyhinə həqiqətdən uzaq olan iftiralar, təhqirlər səsləndirilir. Kontenin fikrincə buna səbəb Kostanı ruhdan salmaq, bu yolla onun yaxşı oyunun göstərməsinə mane olmaqdır. Antonio Kosta: "Dieqo Kostanı pisləyən məşqçiləri və oyunçuları başa düşə bilmirəm. Dieqo yaxşı oyunçudur və o həmişə meydanda özünəxas olan hücum futbolu nümayiş etdirməyə çalışır. Amma ünvanına söylənilən belə iftiralar təbii ki, onun oyununa pis təsir göstərməkdədir. Ona görə də ilk günliərdən mən Kostaya ünvanına söylənilən ıftiralara cavab verməməyi məsləhət görmüşəm. Amma o da insandır və ürəyi daşdan deyil. Ona görə də Kostanın əleyhinə ağızlarına gələni danışanları buna son qoymağı çağırıram",- deyib.
Qeyd edək ki, Kostanın tənqqid edilməsinə səbəb onun meydanda bəzi oyunçuları təxribata çəkməsi və nəticədə onların hakim tərəfindən cəzalandıırlmasına nail olmasıdır. Ona görə də İngiltərədə Kosta daimi tənqid hədəfinə çevrilib.
Hazırladı: Əziz Mustafa