1460
Bir müddət əvvəl adı Rusiya yığma komandası və Moskvanın "Spartak" futbol klubunun baş məşqçiliyinə namizədlər sırasında çəkilən məşhur türkmən futbol mütəxəssısı Qurban Berdıyevin hər iki tərəflə anlaşa bilməməsi ona qarşı qara piarın başladılmasına gətirib çıxarıb. Belə ki, Rusiya yığmasının və Moskvanın "Spartak" komandasının keçmiş müdafiəçisi Aleksandr Bubnov "Sport FM" kanalına verdıyı müsahibəsində Berdıyevi Kazanın "Rubin" komandasına 10 illik baş məşqçiliyi dövründə1 milyard dolları qeyri-qanuni yollarla mənimsəməkdə günahalandırıb. Aleksandr Bubnov: "Berdıyev baş məşqçi kimi Rusiya futbolunda şişirdilmiş fiqurdur. Onun arxasında müəyyən qrup adamlar dayanır və Berdıyevin vasitəsi ilə milyonlarla dollar vəsaiti mənimsəyirlər. Məndə olan informasiyaya görə Berdıyev "Rubin"i çalışdırdığı 10 il müddətində 1 milyard dollar vəsaiti qeyri-qanuni yollarla mənimsəyib. Bu da ildə 100 milyon dollar deməkdir. Ona görə də Berdıyev "Spartak" komandasının qabağına qəbuledilməz şərtlər qoydu. Belə hesab edirəm ki, məhz bu faktora görə, Berdıyev artıq məşqqçi deyil, sahilini itirən biznesmendir",- deyib.
Qeyd edək ki, Bubnovun bu açıqlamasının hər hansı fakta söykənmədiyi dərhal hiss edilir. Çünki əgər belə olsaydı Bubnov hökmən Berdıyevin cinayətə cəlb edilməsinə səbəb olacaq sensasiyalı faktları ortaya qoyardı. Bubnovun Berdıyevə iftira atmasının arxasında isə türkmən baş məşqçinin "Spartak"ın şərtlərini qəbul etməməsi dayanır. "Spartak" rəhbərliyi Berdıyevin yenidən digər komandaya baş məşqçi təyin edilərək uğur qazanmasından, "Spartak"ın isə əvvəlki kimi uğursuzluq zolağına düşəcəyindən və buna görə tənqid hədəfi ola biləcəklərindən ehtiyat edirlir. Ola bilsin ki, Berdıyevə qarşı qara piarın başladılması da bununla əlaqədardır.
Hazırladı: Əziz Mustafa