1451
Futbol üzrə İngiltərə yığma komandasının yeni baş məşqçisi Sem Ellardays "The Guardian"("Qardian") nəşrinə verdiyi müsahibəsində Terrinin hələ yığma komanda üçün çox işlər görə biləcəyini söyləyib. Onun sözlərinə görə, Terri arzu edəcəyi təqdirdə yenidən yığma komandanın formasını geyə biləcək. Sem Ellardays: "Yığma komandada yenidən oynaması Terrinin öz arzusundan asılıdır. Əgər məndə belə bir imkan olsa hökmən onunla əlaqə saxlayacağam. Hələlik bir az gözləməyi qərara almışam. Yaxın vaxtlarda Terri ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək niyyətindəyəm", - deyib.
Xatırladaq ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə yığmasının şərəfini qoruyub. O yığmanın heyətində 78 oyunda meydana çıxıb və rəqib qapılarından 6 top keçirib. Onun yığma komandanı tərk etməsinə səbəb isə rasist çıxışları olub. İngiltərə Futbol Assossiasiyasının futbolçunun rasist çıxışlarını araşdırmağa başlamasından sonra isə Terri bir daha yığma komandada oynamayacağını bəyan edib.
Hazırladı: Əziz Mustafa