çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Faktlar nələr deyir

24.08.2016 10:57 Oxundu 1514

Sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. apasportun məlumatına görə, “Qəbələ” Sloveniyada “Maribor”un qonağı olacaq.Evdəki ilk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri yetirmələri bu üstünlüyü qorumalıdı. İndiyədək heç bir Azərbaycan klubu avrokubokların evdə keçirdiyi ilk oyununda bu hesabla qələbə qazanmamışdı.İlkin müəllifi olan “Qəbələ” üçün təmsilçilərimizə eyni hesabla qalib gələn rəqiblər nümunə ola bilər. Çünki indiyədək 4 dəfə Azərbaycan klubları ilk matçı səfərdə keçirib və 1:3 hesabı ilə uduzub. Qalib gələn rəqiblərimizdən heç biri bu üstünlüyü əldən verməyib. İki dəfə “Xəzər Lənkəran”, hərəyə 1 dəfə “Neftçi” və “Qarabağ” öz meydanında keçirdiyi cavab matçında “Maribor”un durumunda olub. Lakin onların heç biri cütün taleyini dəyişə bilməyib.

2005/06

UEFA kuboku

Nistru (Moldova) – Xəzər Lənkəran

3:1

2:1

2007/08

UEFA kuboku

Rid (Avstriya) – Neftçi

3:1

1:2

2009/10

Avropa Liqası

Tvente (Hollandiya) – Qarabağ

3:1

0:0

2011/12

Avropa Liqası

Makkabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran

3:1

0:0

“Qarabağ”

Avrokuboklar tarixində 11 dəfə Azərbaycan klubu səfərdə keçirdiyi ilk matçda 0:1 hesabı ilə uduzub. Bunlardan sonuncusu Avropa Liqasının cari mövsümünün pley-off mərhələsinə təsadüf edib.İsveçdə “Höteborq”un qonağı olan “Qarabağ” Bakıya minimal hesablı məğlubiyyətlə dönüb. Ağdam təmsilçisi tarixində 2-ci dəfə öz meydanında 0:1-in əvəzini çıxmağa çalışacaq.Ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində də eyni aqibətlə üzləşən Qurban Qurbanovun yetirmələri Şotlandiya “Seltik”ini keçə bilməmişdi. Lakin səfərdən buraxılan tək qolla qayıtmaq təkcə “Qarabağ” deyil, ümumilikdə Azərbaycan klubları üçün uğursuzluqla nəticələnir. Çünki əvvəlki 10 belə hadisədən yalnız birində, yəni 10 faizində təmsilçimiz mərhələ keçib. Bunu da “Qəbələ” bacarıb. Ötən mövsüm Serbiyada “Çukariçki”yə uduzan “qırmızı-qaralar” öz meydanında 2:0 hesabına sevinib. Digər 9 dueldə isə rəqiblərimiz üstünlüyünü qoruyub. Hərçənd, bunlardan birində səfər qolu, birində isə penaltilər seriyası qonaqları sevindirib.

1997/98

Kuboklar kuboku

Dinaburq (Latviya) – Kəpəz

1:0

1:0

1998/99

İntertoto kuboku

İnkaras (Litva) – Bakı fəhləsi

1:0

0:1

p.5:4

1999/00

Çempionlar Liqası

Sloqa Yuqomaqnat (Makedoniya) –Kəpəz

1:0

1:2

2000/01

Çempionlar Liqası

Slaviya (Çexiya) – Şəmkir

1:0

4:1

2001/02

İntertoto kuboku

Qrindavik ( İslandiya ) – Viləş

1:0

2:1

2004/05

UEFA kuboku

Tbilisi (Gürcüstan) – Şəmkir

1:0

4:1

2008/09

UEFA kuboku

Voyvodina (Serbiya) – Olimpik

1:0

1:1

2015/16

Avropa Liqası

Çukariçki (Serbiya) – Qəbələ

1:0

0:2

2015/16

Çempionlar Liqası

Seltik (Şotlandiya) - Qarabağ

1:0

0:0

2016/17

Avropa Liqası

Admira (Avstriya) – Kəpəz

1:0

2:0