24.08.2016 14:20
1442
1442
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Bakının “İnter” komandası Gürcüstana yola düşüb.Komanda Tbilisidə təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadzenin yetirmələri avqustun 28-də “Samtredia”, sentyabrın 1-də isə “Tsxinvali” ilə qarşılaşacaq.
Qeyd edək ki, sentyabrın 2-də Vətənə qayıdacaq “İnter” növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.