çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

. "Daha aqressiv və sürətli olmalıyıq"

24.08.2016 20:36 Oxundu 1517

Sabah "Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında İsveçin "Qöteborq" komandasını qəbul edəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Elə bir an gəlib çıxıb ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi daha yaxından tanıdım. Pis hazırlaşmamışıq. Oyunun gedişatında hər hansı düşünmədiyimiz hadisələr baş versə, buna hazırıq. Rəqib çox ciddidi. Geridə olsaq da, iki oyunun nəticəsinə görə qalib gəlməyə çalışacağıq. Müdafiədə diqqətli olmalıyıq. Sabah hücumda oynayacağıq. Rəqibi öz cərimə meydanımızdan uzaq tutmağa çalışacağıq. Daha aqressiv və sürətli olmalıyıq. Çalışacağıq topun sürətini artıraq, boş sahələrdən istifadə edək".

"Qarabağ" indi Çempionlar Liqasında oynamalı idi.

“İlk oyunda qazandığımız qələbə bizə bir qədər üstünlük verir. Biz bir qol vuracağımız halda, rəqib 3 qol vurmalı olacaq. Ancaq hər şeyə sabah aydınlıq gələcək”. Bu sözləri “Höteborq”un baş məşqçisi Yorgen Lennartson deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ”la qarşılaşacaq İsveç təmsilçisinin çalışdırıcısı oyundan öncə təşkil olunan mətbuat konfransında öz fikirlərini bölüşüb.

- Mətbuat konfransına girəndən əhval-ruhiyyəniz yaxşı görünür...

- Futbolçularıma müsbət enerji bəxş etmək üçün yüksək əhval ruhiyyədə olmalıyam.

- Stadionla tanış olduz. Sabahkı oyunda bu tribunları dolu təsəvvür edirsiz?

- Stadionun dolu olmasını mən də istəyirəm. Çünki belə olacağı halda, daha maraqlı oyun izləyə biləcəyik.

- Hansı komanda sizin üçün daha arzuolunan idi? “Viktoriya”, yoxsa “Qarabağ”?

- Hər ikisi fərqli komandadı. Ancaq bizim üçün fərqi yoxdu. “Viktoriya” ilə oyunda “Qarabağ” inanılmaz qol fürsətlərini boşa verdi. Bu cəhətdən ağdamlıları başa düşürəm. Ancaq onu deyim ki, "Qarabağ" indi Çempionlar Liqasında oynamalı idi.

- Sabah “Qarabağ”ın əsas üstünlüyü dolu tribunalar olacaq. Bəs sizin üstünlüyünüz nədi?

- Bizim əsas üstünlüyümüz ilk oyundakı qələbədi. Sabahkı oyunda daha bir qol vursaq, bu, rəqibdə əlavə təzyiq yaradacaq. “Qarabağ” yaxşı komandadı. Ancaq biz ilk oyunda sübut etdik ki, bu komandayla oynaya bilərik.

- Zlatan İbrahimoviç İsveç futboluna daha çox fayda verib, yoxsa “Höteborq”?

- Futbolçu yetişdirilməsi baxımından “Höteborq”, ancaq ümumi İsveç futbolunu tanıtmaq baxımından Zlatan.