24.08.2016 20:40
1752
1752
Məşhur braziliyalı hücumçu Ronaldo Luis Nazario keçmiş komandasına - Madridin “Real” klubuna qayıdıb.Ronaldo “Real” klubunda prezident Florentino Perezin məsləhətçisi təyin olunub.
Xatırladaq ki, Ronaldo Luis Nazario “Real” komandasına 2002-ci ildə İtaliyanın “İnter” klubundan transfer olunmuşdu. Bu klubda 5 mövsüm keçirən hücumçu ümumilikdə La-liqada çıxış etdiyi 177 oyunda rəqib qapılarından 104 top keçirib.
Fenomen ləqəbli forvard mütəxəssislər tərəfindən futbol tarixinin ən güclü oyunçularından biri hesab olunur.