çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Kamran Ağayev A milliyə, Azər Salahlı, Tərlan Əhmədli və Xəyal Nəcəfov isə U-21-ə çağırılıb

25.08.2016 10:06 Oxundu 1666

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" Futbol Klubunun üzvü Kamran Ağayev A milliyə çağırılıb.

Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığmasının da heyəti məlum olub. Bu heyətdə "Sumqayıt" FK-nın 3 üzvü - Azər Salahlı, Tərlan Əhmədli və Xəyal Nəcəfov da yer alıb.