çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Beyl, Qrizmann, yoxsa Ronaldu?

25.08.2016 12:20 Oxundu 1574

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı müəyyən olunacaq. Bu mükafatı qazanmağa 3 namizəd var: Uels millisinin üzvü Qaret Beyl, Fransa yığmasından Antuan Qrizmann və Avropa çempionu olmuş Portuqaliya millisindən Kriştianu Ronaldu. Bu futbolçulardan ikisi - Beyllə Ronaldu “Real Madrid”lə birlikdə Çempionlar Liqasının finalında Qrizmanlı “Atletiko Madrid”ə qalib gəlmişdilər. Monakoda keçiriləcək səsvermə zamanı 2015/2016-cı illər mövsümünün ən yaxşısını müəyyənləşdirmək üçün 55 ölkədən olan jurnalist iştirak edəcək. Avropanın ən yaxşı futbolçusu seçimində Azərbaycanı “CBC Sport”un əməkdaşı Rasim Mövsümzadə təmsil edir. Qeyd edək ki, 2011-ci ildən təsis olunan mükafatı “Barselona”nın hücumçusu Lionel Messi 2 dəfə, katalon klubunun yarımmüdafiəçisi Andres İnyesta, “Bayern”in yarımmüdafiəçisi Frank Riberi və “Real Madrid”in ulduzu Kriştianu Ronaldu hərəyə 1 dəfə qazanıblar.