çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

İngiltərə millisini də məğlub etdilər

26.08.2016 16:15 Oxundu 1084

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib.

Millimiz İngiltərə yığmasını məğlub edib

Millimiz İngiltərə yığmasını Sabir Allahquliyev və Hikmət Bağırovun vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.

Dünən turnirdəki ilk oyununda futbolçularımız Türkiyə komandasına 5:3 hesabı ilə qalib gəlmişdi.

Millimiz növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.