bazar, 03 may 2026

BİZİM FUTBOL

Bədavi də heyətdə olmayacaq

29.08.2016 09:39 Oxundu 1416

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. O, DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə Bakı “İnter”inin futbolçusu Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.