çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

Əli Süleymanov bürünc medal qazanıb

29.08.2016 14:07 Oxundu 1880

Praqada şahmat üzrə Avropa birinciliyi başa çatıb. Azərbaycan nümayəndəsi Əli Süleymanov bürünc medal qazanıb. Birincilikdə medallar uğrunda yaşı 18-dən çox olmayan 1310 idmançı, o cümlədən Azərbaycanın 23 nümayəndəsi mübarizə aparırdı. Yarışlar 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

8 yaşa qədər şahmatçılar arasında Bakı çempionu Əli Süleymanov 7 xal toplayaraq bürünc medal qazanıb. Yekaterinburq nümayəndəsi Artyom Pinqin 7,5 xal toplayaraq turnirdə birinci yeri tutub. Bu yeddi şahmatçı arasında gümüş medaIın sahibi əlavə göstəriciləri daha yaxşı olan Rumıniya nümayəndəsi Matey-Valeriu Moqirzanu olub.

Sentyabrın 21-də isə Xantı-Mansiyskdə 15, 17 və 19 yaşlı şahmatçılar arasında dünya birinciliyinə start veriləcək. Bu yarışlarda Azərbaycan şahmatçıları da iştirak edəcəklər.