çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Futzalçılara uğurlar arzulayıb

30.08.2016 09:37 Oxundu 1143

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb.

Futzal millisi ilə görüş (fotolar)

Görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov iştirak edib. Rövnəq Abdullayev Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində çıxış edəcək milli komandaya uğurlar arzulayıb. Zaur Axundov millinin hazırlıq prosesi barədə ətraflı məlumat verib, komandanın mötəbər turnirdə uğurla çıxış edəcəyinə ümid etdiyini bildirib, yaradılmış şəraitə və dəstəyə görə AFFA-ya təşəkkür edib.