30.08.2016 12:39
1119
1119
Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının vaxtı müəyyənləşib. UEFA püşkatma zamanı ölkəmizdə baş tutacaq qarşılaşmalarla bağlı qərarı sonraya saxlamışdı. Aparılan müzakirələrdən sonra “Qarabağ”ın Bakıdakı bütün görüşlərinin saat 19:00-da start götürməsi qərara alınıb. Beləliklə, “Qarabağ” I turda “Slovan”ı, III turda PAOK-u, VI turda isə “Fiorentina”nı 19:00-da qəbul edəcək.
“Qəbələ” də II turda “Maynts”, V turda “Anderlext”lə eyni saatda qarşılaşacaq. Yalnız IV turun “Qəbələ” - “Sent-Etyen” matçı 21:00-da start götürəcək.