çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin "Çempionlar yolu”na Moskva “Dinamo”su çıxdı

30.08.2016 15:04 Oxundu 1151

Bu gün UEFA-nın Gənclər Liqasının 2016/17 mövsümündə “Çempionlar yolu”nun püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə 32 komanda iştirak edib.

Bu komandalar əvvəl regionlar üzrə 4 qrupa bölünüb. İştirakçılar I mərhələdə 16 cüt təşkil edib. Bu cütlər növbəti raundun duellərinin tərkibini də müəyyənləşdirib.

AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi adını qazanan “Qəbələ” də öz ölkəsinin çempionu olan 32 komanda arasında mübarizə aparacaq. Püşkatmada təmsilçimizin I mərhələdəki rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar” bu raundda Moskva “Dinamo”su ilə qarşılaşacaq. Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 28-də, cavab matçları oktyabrın 19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək.

Bu cütün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək. Pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq komandalar ilk oyununu noyabrın 2-də, cavab matçını 23-də keçirəcək. “Qırmızı-qaralar” II mərhələyə yüksəlsə, ilk görüşə qonaq kimi çıxacaq.
Xatırladaq ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır. Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. “Qəbələ”nin də çıxış etdiyi “Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.

Gənclər Liqası

“Çempionlar yolu”

I mərhələ

“Nitra” (Slovakiya) - “Malaqa” (İspaniya)

“PFLA-Felçút” (Macarıstan) - PAOK (Yunanıstan)

APOEL (Kipr) - “Roma” (İtaliya)

“Domjale” (Sloveniya) - “Çukariçki” (Serbiya)

“Breydablik” (İslandiya) - “Ayaks” (Hollandiya)

HİK (Finlandiya) - “Kork Siti” (İrlandiya)

“Anderlext” (Belçika) - “Midtyulland” (Danimarka)

“Rusenborq” (Norveç) - AİK (İsveç)

“Viitorul” (Rumıniya) - “Şerif” (Moldova)

“Zrinski” (Bosniya və Herseqovina) - “Sürix” (İsveçrə)

“Zalsburq” (Avstriya) - “Vardar” (Makedoniya)

“Sparta” (Çexiya) - “Mladost” (Monteneqro)

“Qəbələ” (Azərbaycan) - “Dinamo” (Moskva, Rusiya)

“Makkabi” (Hayfa, İsrail) – “Şaxtyor” (Belarus)

“Dinamo” (Gürcüstan) - “Kayrat” (Qazaxıstan)

“Altınordu” (Türkiyə) - “Levski” (Bolqarıstan)

II mərhələ

“PFLA-Felçút” (Macarıstan)/PAOK (Yunanıstan) - “Breydablik” (İslandiya)/“Ayaks” (Hollandiya)

APOEL (Kipr)/“Roma” (İtaliya) - HİK (Finlandiya)/“Kork Siti” (İrlandiya)

“Nitra” (Slovakiya)/“Malaqa” (İspaniya) - “Anderlext” (Belçika)/“Midtyulland” (Danimarka)

“Rusenborq” (Norveç)/AİK (İsveç) - “Domjale” (Sloveniya)/“Çukariçki” (Serbiya)

“Altınordu” (Türkiyə)/“Levski” (Bolqarıstan) - “Sparta” (Çexiya)/“Mladost” (Monteneqro)

“Viitorul” (Rumıniya)/“Şerif” (Moldova) - “Zrinski” (Bosniya və Herseqovina)/“Sürix” (İsveçrə)

“Makkabi” (Hayfa, İsrail)/“Şaxtyor” (Belarus) - “Qəbələ” (Azərbaycan)/“Dinamo” (Moskva, Rusiya)

“Zalsburq” (Avstriya)/“Vardar” (Makedoniya) - “Dinamo” (Gürcüstan)/“Kayrat” (Qazaxıstan)