çərşənbə axşamı, 20 yanvar 2026

GÜLƏŞ

Besik Kuduxov medaldan məhrum edilməyib

30.08.2016 23:44 Oxundu 2917

Bəzi kütləvi informasiya vasitələrində 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərovun finalda məğlub etdiyi Rusiya təmsilçisi Besik Kuduxovun gümüş medaldan məhrum edilməsi ilə bağlı məlumatlar dərc olunub: "Kuduxovun yenidən yoxlanılan dopinq-testi müsbət nəticə verib. Onun hansı qadağan olunmuş preparatı qəbul etdiyi açıqlanmır".

Hətta bildirilib ki, artıq dünyasını dəyişmiş osetiyalı pəhləvanın (Qeyd edək ki, Besik Kuduxov 29 dekabr 2013-cü ildə 27 yaşında ikən avtomobul qəzası nəticəsində həyatını itirib. O, 4 qat dünya çempionu və "Pekin-2008"in gümüş mükafatçısı idi) gümüş medalı hindistanlı Yogeşvar Dutta verilib. Lakin Beynəlxalq Olimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emmanuel Moro bildirib ki, bu xəbər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, hazırda 2008 və 2012-ci illərdəki Olimpiay Oyunları ilə bağlı dopinq araşdırmaları davam edir və bu barədə rəsmi məlumat veriləcək.