31.08.2016 00:29
1338
1338
Türkiyənin "Alanyaspor" klubu braziliyalı hücumçu Vaqner Lavla anlaşdığını açıqlayıb. ÇSKA-nın sabiq forvardı bu gün rəsmi müqaviləyə imza atacaq.
32 yaşlı futbolçu son olaraq "Monako"nun formasını geyinib. Lav Moskva klubunun heyətində 3 dəfə Rusiya çempionu olmaqla yanaşı, UEFA kubokuna da yiyələnib. O, 2008-ci ildə Rusiya çempionatının ən sərrast və ən yaxşı futbolçusu olub.
Vaqner Lav 2008/2009-cu illər mövsümündə UEFA kubokunda bombardirlər siyahısına başçılıq edib.