çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

"Nant"ın hücumçusu “Qalatasaray"da, Nigel de Yonq da gəlir

31.08.2016 00:49 Oxundu 1221

Türkiyənin “Qalatasaray” klubu Olcan Adının müqaviləsinə xitam verib. 30 yaşlı yarımmüdafiəçinin “Qalatasaray”la iki illik müqaviləsi var idi. O, komandaya 2014-cü ildə “Trabzonspor”dan transfer edilmişdi. Bu arada "Cim-Bom" heyətinə yeni futbolçu cəlb edib. Klub saytının yaydığı xəbərə görə, Fransa "Nant"ının hücumçusu Kolbeyn Siqtorsson bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. İcarə haqqı olaraq "Qalatasaray" qarşı tərəfə 700 min avro ödəyəcək. K.Siqtorsson isə 1 mövsüm üçün 1 milyon 215 min avro maaş alacaq.

Daha bir futbolçu da "Qalatasaray"a təşrif buyurur. Bu Hollandiyanın "Los Anjeles Qelaksi"ndə (Los Angeles Galaxy) çıxış edən Nigel de Yonqdur. Ulduz futbolçunun bu gün İstanbula gəlməsi gözlənilir.