çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Türkiyə və Rusiya yığmaları üz-üzə gəlir

31.08.2016 08:50 Oxundu 1328

Bu gün futbol üzrə Türkiyə və Rusiya yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Antalya stadionunda təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da çalınacaq. Bu, "ay-ulduzlular" və Rusiya (SSRİ) yığması arasında 18 illik fasilədən sonra 18-ci görüş olacaq. Əvvəlki matçlarda Türkiyə 3 qələbə qazana bilsə də, 14 oyundan məğlub ayrılıb.

Rusiya millisi isə oyuna baş məşqçi Stanislav Çerçesovun rəhbərliyi altında çıxacaq. 53 yaşlı mütəxəssis ilk görüşündə komandasından ölkəni layiqincə təmsil etməyi istəyir. Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir.

Rusiya prezidenti Vladimir Putin gələn ay Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləməyə getməyəcək.

RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya prezidenti Vladimir Putinin avqust ayı üçün nəzərədə tutulan qrafikində Türkiyəyə səfər yer almayıb. Çünki növbəti ay üçün qrafik demək olar, hazırıdır. Ona görə də bunun baş verəcəyini düşünmürəm. Amma digər tərəfdən, heç nəyi istisna etmək olmaz", - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya yığması növbəti yoldaşlıq görüşünü sentyabrın 6-da Moskvadakı "Lokomotiv" stadionunda Qanaya qarşı keçirəcək. Görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər.

Türkiyə millisi isə sentyabrın 5-də səfərdə Xorvatiya ilə DÇ-2018-in seçmə qrup matçında üz-üzə gələcək.