çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

U-21 "Kəpəz"i məğlub etdi, "Neftçi" isə "Rəvan"la bacarmadı

31.08.2016 20:58 Oxundu 1271

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunları keçirilər. “Neftçi” də bu fürsətdən istifadə edərək, bu gün sınaq matçına çıxıb.Paytaxt təmsilçisi "Rəvan"la qarşılaşıb.İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2. "Neftçi”nin heyətində Katalin Tira və Cavid İmamverdiyev fərqləniblər. "Neftçi"nin əsas heyətinin 10 futbolçusu oyunda iştirak etməyib. Buna səbəb komandamızın 6 üzvünün milli komandaların düşərgəsinə yollanması, 4 üzvünün isə zədəli olmasıdır. Əvəzində, əvəzedici komandamızın 17 yaşlı futbolçusu Elçin Əsədov, Anton Krivotsyuk və Maksim Vaylo start heyətində meydana çıxıb. Fasilədən sonra isə digər gənc oyunçular – Kamran İbrahimov, Sənan Əbilov, Ömər Buludov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Samir Əhmədov və Aqşin Qurbanlıya da şans verilib.

“Kəpəz”də gücünü hazırlıq matçında sınayıb. Gəncəlilər 21 yaşlılardan ibarət milli komandamızla görüşüb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer Adaları ilə oyuna hazırlaşan gənclər yığmamız Şahin Diniyevin yetirmələrini məğlub edib – 2:1. Görüş Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.