31.08.2016 21:42
1361
1361
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinda ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə yaranan problemlərə görə, Olimpiya stadionu və ya "Dalğa Arena"da keçirəcəyi barədə xəbər vermişdik. Sentyabrın 1-i - sabah UEFA tərəfindən xüsusi nümayəndə heyəti gələcək və qarşılaşmanın "Dalğa Arena"da keçirilib-keçirilməməsi barədə son qərarı verəcək.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-i saat 19:00-da start götürəcək.