çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Araz Abdullayev karyerasını Rumıniyada davam etdirəcək

31.08.2016 23:30 Oxundu 1685

Azərbaycan milli komandasının və "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Rumıniyada davam etdirəcək. Son ölkə çempionu "Astra" ilə anlaşan Abdullayev milli komandanın San-Marino ilə keçirəcəyi matçdan sonra Rumıniyaya yollanacaq və müqavilə imzalayacaq. Bu xəbəri "Astra"nın mətbuat xidməti də təsdiqləyib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərəhləsində də çıxış edən "Astra" İtaliyanın "Roma", Çexiyanın "Viktoriya" və və Avstriyanın "Austriya Vyana" klubları ilə E qrupunda mübarizə aparacaq.